Balakən RPŞ əməkdaşları rayonun ərazisində müxtəlif banklar tərəfindən axtarılan üç avtomobil aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“BMW”, “Mercedes” və “VAZ-21015” markalı avtomobillər Balakən şəhər sakini Elçin Alvasovun həyətində aşkar olunub.
Həmçinin baxış zamanı oradan 1 kiloqram 105 qram marixuana, xaricdə istehsal edilmiş nömrəsiz “Revolver” markalı tapança, 7 ədəd müxtəlif çaplı patron, gecəgörmə cihazı, müxtəlif ölçülü kameralar, mobil telefonlar, çox saylı mobil telefon nömrələri, 2 ədəd noutbuk, kompyuter hissələri, isə müxtəlif banklar tərəfindən axtarılan, habelə “Lexus” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb. **
R.Babayev