Rəqibləri “Ded Xasan”ın qətlinin sifarişçisi ehtimal edilən Rövşən Canıyevin başına $5 mln. mükafat təyin etmişdilər. Bu barədə Türkiyənin “Hurriyyet” qəzeti məlumat verir.
“Hayalət” ləqəbli rus mafiya atası Rövşən Canıyevin başına rəqibləri $5 mln. mükafat təyin etmişdilər. O Beşiktaş otelindən avtomobillə çıxış zamanı açılan çapraz atəşlə öldürüldü. Hadisə yerində 65 boş giliz aşkar olundu”, - deyə məqalədə deyilir.
Həmçinin nəşr qeyd edir ki, hadiəs yerində “Lənkəranski”yə məxsus olan odlu silah tapılıb.
“Polis hadisə yerində R.Canıyevə məxsus İsrail istehsalı səsboğucu olan “UZİ” markalı tapanca-pulemyot aşkar edib”, - deyə məqalənin müəllifləri qeyd edirlər.
Xəbər verildiyi kimi, Moskvada “qanuni oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin sifarişçisi ehtimal edilən Rövşən Canıyev İstanbulda Barbaros bulvarındakı oteldən çıxarkən avtomobilə oturub və bu zaman iki naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Hücum nəticəsində R.Canıyev və sürücüsü ağır yaralanıblar. Həkimlərin səylərinə baxmayaraq sürücünün həyatını xilas etmək mümkün olmayıb.
R.Canıyev dünən axşam vəfat edib.
Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olundu.
Mərasimdə minlərlə şəxs iştirak edib. R.Canıyev atasının məzarının yanında dəfn edilib.
Kriminal “avtoritetə” sui-qəsd digər azərbaycanlı “qanuni oğru” Əlibala Həmidovun (Qoca Bakinski) İstanbulda qətlinin üçüncü ildönümündə baş verib.
R.Canıyevin qətlindən dərhal sonra Türkiyənin hüquq-mühafizə orqanları 3 Azərbaycan vətəndaşı - Hacı Talıbxanlı (Beyləqanski), “Zaur Sumqayıtski” və “Vahid Bakinski”ni saxlayıblar. Saxlanılan şəxslər R.Canıyevin yaxın adamları olublar.
Avqustun 18-də onlar R.Canıyevlə birlikdə İstanbulun Beşiktaş otelində görüşdə olublar. Sui-qəsd həmin görüşdən sonra baş verib.
haqqin.az saytının məlumatına görə, H.Talıbxanlı Ə.Həmidovun qətlində şübhəli bilinir. Digər saxlanılan iki nəfər isə artıq uzun illərdir Azərbaycanda axtarışdadır. Sayt qeyd edir ki, saxlanılanlar R.Canıyevin şəxsi “killer”ləri olublar. **
F.İsazadə