Gömrük orqanları respublika vətəndaşından aksiz markası ilə markalanmamış 140 litrdən artıq araq və 18 min ədəd xarici markalı siqaret aşkar edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Tovuz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşından aksiz markası ilə markalanmamış 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar ediblər”, - deyə komitədən bildiriblər.
Qeyd olunur ki, mallar Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə