Maliyyə Nazirliyi avqustun 23-də Bakı Fond Birjasında 20 mln. manat ümumi məbləğdə dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Nominal dəyəri 100 manat olan 10 mln. manat dəyərində AZ0102009518 seriyalı istiqrazların tədavül müddəti 182 gün təşkil edəcək. İstiqrazların ödəniş tarixi 21 fevral 2017-ci ildir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Nominal dəyəri 100 manat olan 10 mln. manat dəyərində AZ0104010514 seriyalı istiqrazların tədavül müddəti 364 gün təşkil edəcək. İstiqrazların ödəniş tarixi 22 avqust 2017-ci ildir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “PAŞA Kapital” çıxış edəcək.
Maliyyə Nazirliyi 2016-cı ildə 800 mln. manat və $500 mln. məbləğində dövlət qısamüddətli və ortamüddətli istiqrazları yerləşdirməyi planlaşdırır.**
N.Abbasova