İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 15 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 32 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 146 cinayət faktı qeydə alınıb, onların 42-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 82 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.**
R.Babayev