“BP-Azerbaijan” şirkəti 2016-cı ilin birinci yarısında “Şahdəniz” yatağından 5,4 mlrd. kubmetr qaz hasil edib, bu isə 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 1,3 mln. ton kondensat hasil edilib (artım 8,3%). Yatağda möcvud hasilat sisteminin maksimal gücü sutkalıq 29,5 mln. kubmetr qaz və ya illik 10 mlrd. kubmetr qaz təşkil edir”, - deyə şirkətdən qeyd edilib.
2016-cı ilin birinci yarısında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $2,095 mlrd. təşkil edib (azalma 16,6%), bunun $0,225 mlrd.–ı - istismar xərcləri, $1,87 mlrd.-ı - əsaslı xərclər təşkil edib. Bununla belə, əsaslı xərclərin ümumi həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi üzrə işlərə yönəldilib.
2016-cı ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri mağıstralı (CQBK və ya Bakı-Tiflis-Ərzurum – İF) sutkada nəql orta hesabla 20,1 mln. kubmetr qaz təşkil edib. Bu dövrdə CQBK-nin xidmətinə istismar xərclər $13 mln., əsaslı xərcləri - $498 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz, 2,3 mln. ton kondensat hasil edilib.
Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qazdəyəri $4,1 mlrd. təşkil edən “Mərhələ-1” çərçivəsində hasil edilir. “Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib. **
N.Abbasova