Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15,498 min nəfər imtiyazlı şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hesabat dövründə nazirliyin əlillərin bərpa mərkəzlərində 4,65 min nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidmətləri göstərilib.
7 ay ərzində 8,4 min nəfərə yaxın şəxs müvafiq xidmətlərlə təmin olunub.
Onlara ümumilikdə 20,501 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 1,034 min ədəd əlil arabası verilib. **
R.Babayev