Binəqədi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq orqanının vəsatətinə baxılıb. İclasda F.Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə yerli mətbuat məlumat verib.
Qeyd edək ki, F.Əmirov Cinayət Məcəlləsinin 283.1 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə təqsirləndirilir.
F.Əmirli avqustun 20-də saxlanılıb. Məlumata görə, saxlanılarkən onun avtomobilindən türkiyəli moizəçi Fətullah Gülənə aid kitablar tapılıb.
Avqustun 19-da Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən F.Gülənin rəhbərlir etdiyi təşkilata qarşı əməliyyat keçirilib. **
R.Babayev