2016-cı ilin birinci yarısında Azərbaycan 17 mln. 973,3 min ton neft ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövrü əzrində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $4 mlrd. 774 mln. 918,2 min təşkil edib (аzalmа 30,5%).
Hökumətin məlumatına görə, birinci yarımillik ərzində $2 mlrd. 910 mln. 73,3 min məbləğində ixraca yönələn bəyan olunmuş neftin həcmi 10 mln. 551,5 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub. **
N.Abbasova