Azərbaycan 2016-cı ilin I yarısında 4 mlrd. 62,1 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 7,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac olunan qazın ümumi dəyəri $706 mln. 333 min (azalma 30,6%) təşkil edib.
Hökumətin məlumatına görə, hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $113 mln. 972,6 min dəyərində 714,4 mln. kubmetr qaz ixrac edilib.
Ötən il 8 mlrd. 405 mln. 244,65 min kubmetr qaz ixrac olunub.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova