Türkiyə Hərbi-Hva Qüvvələri Suriyanın şimalında Cerablus və Menbicşəhərlərində “İslam dövləti” terror qruplaşması və kürd döyüşçülərin hədəflərinə silsilə hava zərbələri endirib. Bu barədə çərşənbə axşamı Britaniyanın BBC teleradiokorporasiyası məlumat verib.
Hava zərbələri şənbə günü Türkiyənin Qaziantəpədə törədilən terror aktına cavab olaraq endirilib. Həmin terror aktı nəticəsində 50-dən artıq şəxs həlak olub.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bazaar günü bəyan edib ki, Qaqziantəpədə terror törədən şəxsin İŞİD ilə əlaqələri olub. Buna baxmayaraq, daha sonra Ankara bəyan edib ki, terror aktının arxasında hansı qruplaşmanın durduğu barədə dəqiq məlumat yoxdur. **