Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün keçirilən hərracda banklara $46 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF avqustun 23-də Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsaitin $46 mln.-u 25 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Fond avqust ayında keçirilən valyuta hərraclarında ümumilikdə $344,5 mln., Mərkəzi Bank isə $105 mln. satıb.
N.Abbasova