Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) hər zaman Türkmənistan və Özbəkistanı öz sıralarına qəbul etməyə hazırdır. Bu barədə təşkilatın baş katibi Ramil Həsənov
bəyan edib.
“Türkmənistan və Özbəkistan təşkilatın üzvü deyillər. Üzvlüyə dair ərizə verəcəkləri halda həmin ölkələr qısa zamanda slıralarımıza daxil olacaqlar”, - deyə R.Həsənov Bakıda mətbuat konfransında bildirib.
“İstanbuldakı ofisimizin qarşısındakı bayraqlar yerində iki dirək boşdur. Bu, Türkmənistan və Özbəkistana mesajdır. Onların yeri boşdur, nə zaman istəsələr, üzv ola bilərlər”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, buna baxmayaraq, Aşqabad və Daşkənd Türk Şurasının tədbirlərində iştirak edirlər.
“Türkmənistanın təşkilatın üzvü olmadığına baxmayaraq, bir sıra görüş və tədbirlərdə iştirak edir. O cümlədən, Özbəkistan, xüsuilə terrorçuluqla mübarizə məsələlərində Türk Şurası ilə əməkdaşlıq edir”, - deyə o vurğulayıb.
Bundan başqa, R.Həsənov qeyd edib ki, təşkilat Macarıstanı da tədbirlərində iştiraka dəvət edir.
Baş katib Moskvanın Türk Şirası ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, Rusiya XİN başçısı Sergey Lavrovun təşkilatla əlaqələrin dərinləşməsinə maraqlı olmasına dair bəyanatı xatırladıb. Çünki Tatarstan və Başqırtıstan kimi respublikalar da Rusiya Federasiyasınaın tərkibinə daxildir. **
F.İsazadə