Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası türkdilli dövlətlər üçün vahid dərsliyin hazırlanması işini birtirib. Bu barədə təşkilatın baş katibi Ramil Həsənov bəyan edib.
“Vahid dərsliyin hazırlanması üzərində iş başa çatıb. Oktyabrda təşkilata üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək. Onlar təsdiq edərlərsə, o zaman dərslik Bişkekdə prezidentlərin sammitində təqdim ediləcək”, - deyə R.Həsənov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, dərslik XV əsrə qədər dövrdə türkdilli dövlətlərdə baş verən tarixi prosesləri əhatə edir. **
F.İsazadə