Dünya bazarında enerji resurlarının quiymətinin ucuzlaşması türkdilli ölkələrin ortaq televiziyasının yaradılması üçün çətinliklər törətdi. Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bəyan edib.
“İnternational turkish news channel” adlanacaq kanalın büdcəsi demək olar ki, təsdiq olunub. Lakin dünyada neft və qazın qiymətlərinin ucuzlaşması Azərbaycan və Qazaxıstan tərəfindən bu işlərin maliyyələşdirilməsi ilə bağlı çətinliklər yaratdı”, - deyə R.Həsənov Bakıda mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, telekanalın Türk Şurasına üzv 6 dövlətin, o cümlədən rus və ingilis dillərində yayımlanacağı planlaşdırılır.
Bununla belə, R.Həsənov kanalın dəqiq açılış tarixi və mənzil-qərargahının harada yerləşəcəyini dəqiqləşdirməyib.
“Kanalın mənzil-qərargahı həm Azərbaycan, həm Qazaxıstan, həm də Türkiyədə yerləşə bilər”, - deyə o bildirib. **
F.İsazadə