Qarabağ münaqişəsi zonasında dördgünlük müharibə zamanı Qazaxıstan regionda sabitliyin qorunub saxlanılmasında maraqlı olduğunu nümayiş etdirdi. Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bəyan edib.
“KTMT-nin üzv dövləti olan Qazaxıstan, Ermənistanın gözləntilərinə zidd olaraq, dördgünlük müharibə zamanı düşünülmüş addım atıb. İlk növbədə, Qazaxıstan nümayiş etdirdiyi mövqe ilə regionda vəziyyətin pozulmasında deyil, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu nümayiş etdirdi”, - deyə o qeyd edib.
R.Həsənovun sözlərinə görə, Qazaxıstan və təşkilatın digər üzv dövlətləri Azərbaycanın Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini dəstəkləyərək, ölkənin ərazilərinin dəqiq işğal faktını qeyd edən beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləyirlər.
Baş katib həmçinin vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Türk Şurasının əsas gündəlik mövzularından biridir. **
F.İsazadə