Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin. Bu sözləri "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli deyib.
"Bu gün şəhid olmaq, cihada qalxmaq istəyən buyurub Qarabağa gəlsin, əsl Kərbəla Qarabağdadır!", - deyə o, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ""Multikulturalizm ili” üçün birgə tədbirlər Planı”na əsasən "Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!" devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində hərbi hissələrdən birinin əsgərləri qarşısında çıxışı zamanı bildirib.
Hacı Şahin Həsənli bəzi gənclərin aldadılaraq guya müsəlman qardaşlara kömək etmək adı ilə cihad etmək, şəhid olmaq həvəsi ilə digər ölkələrə aparılmasına kəskin etiraz edib.*
F.İsazadə