Azərbaycan və Ukrayna arasında əməkdaşlıq inkişaf edəcək və genişlənəcək. Prezident İlham Əliyev buna əmindir.
“Azərbaycan-Ukrayna münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”, - deyə dövlət başçısının Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Pyotr Poroşenkoya ünvanladığı təbrik məktubunda bildirilir.
Prezident İ.Əliyev ukraynalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.*
F.İsazadə