2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 61 mln. 395 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 58,4 min nəfər (azalma 8,1%), dəniz nəqliyyatı ilə 9,7 min nəfər (artım 2,2 dəfə), hava nəqliyyatı ilə 1 mln. 59,4 min nəfər (artım 5,4%), metro ilə 125 mln. 347,7 min sərnişin (azalma 2,6%) daşınıb.
2016-cı ilin yanvar-iyul aylarında avtomobil nəqliyyatı vasitələri ilə 933 mln. 919,8 min sərnişin (artım 2,5%), avtobuslarla 897 mln. 266,9 min sərnişin (artım 2,5%), taksi minik avtomobilləri ilə 36 mln. 652,9 min sərnişin (artım 3,1%) daşınıb.*
N.Abbasova