SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Səadan” quru yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“1823 nömrəli quyu Qovundağ-Maykop Lay Dəstəsinə qazılıb. Quyudan sutkada 8 ton neft hasil edilir”, - deyə məlumatda qeyd edilir.
“Səadan” yatağı SOCAR-ın strukturuna daxil olan “Siyəzənneft” NQÇİ tərəfindən işlənir. **
N.Abbasova