Azərbaycanın Romadakı səfirliyi İtaliyanın mərkəzində baş vermişzəlzələ zamanı ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, Azərbaycanın İtaliyadakı səfirliyi ölkənin müvafiq orqanları ilə bu məsələni araşdırır.*
F.İsazadə