Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya başsağlığı məktubu ünvanlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi”, - deyə İ.Əliyevin məktubunda deyilir.
Dövlət başçısı S.Mattarellaya, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib. **
F.İsazadə