Türkiyənin Suriyaya hərbi müdaxiləsi bu ölkənin suverenliyinin pozulmasıdır. Bu barədə Suriya Xarici İşlər Nazirliyinin bu gün yaydığı rəsmi bəyanatda deyilir.
“Dəməşq Türkiyə tanklarının ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya hərbi hava qüvvələrinin müdafiəsi altında Suriya torpağına keçməsini pisləyir”, - deyə bəyanatda deyilir.
“Suriya bu təcavüzə son qoyulmasını tələb edir”, - deyə sənəddə vurğulanır.
Türkiyə Silahli Qüvvələri Suriyanın Cerablus şəhərini İŞİD-dən təmizləmək üçün “Fərat qalxanı” adı altında hərbi əməliyyata başlayıb. **