Sentyabrın 20-də Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Biznes forum iranlı iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq. Tədbirin təşkilatçıları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın Ticarətin İnkişafı Təşkilatıdır.
Bundan başqa, İran nümayəndə heyətinin səfəri çərçivəsində sentyabrın 19-21-də "Baku Expo Center"də İranın “İran Proje-2016”neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə IIixtisaslaşmış sərgisi keçiriləcək. Sərgidə İranın aparıcı şirkətləri, yerli istehsalçılar və ixracatçılar iştirak edəcəklər.*
N.Abbasova