SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyu qazmağı planlaşdırır. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
““Abşeronneft” NQÇİ-nin istismar etdiyi 740 nömrəli özüldə hazırda mövcud olan 8 quyu istismardadır. Genişləndirmə işlərindən sonra buradakı quyuların sayı 16-ya çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Yeni qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil olunacağı proqnozlaşdırılır.
Artıq 4 quyu qazmaya tam hazır vəziyyətə gətirilib.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın çıxarıla bilən qalıq neft ehtiyatları 3 mln. ton, qaz ehtiyatları 0,5 mlrd. kubmetr həcmində qiymətləndirilir.*
N.Abbasova