“Muğanbank” nizamnamə kapitalını 18,2% - 65 mln. manatadək artıracaq. Bu barədə bankdan məlumat verilib.
“20 avqust tarixində keçirilən növbədənkənar iclasda bankın səhmdarları nizamnamə kapitalının 10 mln. manat artırılmasına dair qərar qəbul ediblər”, - deyə bankdan qeyd ediblər.
Bununla belə, məlumatda bankın nizamnamə kapitalının artımının hansı üsulla təmin ediləcəyi dəqiqləşdirilmir.
1 aprel 2016-cı il tarixinə bankın nizamnamə kapitalı 55 mln. manata bərabərdir.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Bankın səhmdarları 4 fiziki şəxsdir. **
N.Abbasova