“Azərenerji” ASC “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında bazar ertəsi baş vermiş qəza nəticəsində elektrik enerjisinin kəsilməsi zamanı Rusiyanı 200 meqavat gücündə enerji ilə təmin edib. Bu barədə ASC-dən məlumat verilib.
“Azərenerji” ASC Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsini təmin edib”, - deyə məlumatda qeyd olunur.
Həmçinin vurğulanır ki, Azərbaycanın elektrik enerjisi sistemində son 13 il ərzində ümumi gücü 2300 MVt-dan artıq olan iyirmiyə yaxın yeni elektrik stansiyası istismara verilib. Eyni zamanda, 10 min kilometrdən artıq elektrik verilişi xətti, çoxlu sayda yarımstansiya inşa edilib və yenidən qurulub.
“Görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, mövcud istehsal respublikamızın tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu ölkələrə də elektrik enerjisi ixrac etməyə imkan verir”, - deyə məlumatda deyilir. **
N.Abbasova