Qafqaz Universitetinin “gülənçi” prorektoru, Universitetin tərbiyə işləri üzrə prorektoru və Rəyasət Heyətinin üzvü Şaiq Nəbiyev vəzifəsindən azad olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
“Qatı “gülənçi” kimi tanınan Ş.Vəliyev prorektor vəzifəsindən azad olunub və Rəyasət Heyətinin üzvlüyündən çıxarılıb”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Onun sözlərinə görə, Ş.Vəliyev universitetdə yüksək vəzifə tutan yeganə azərbaycanlı olub.
Xəbər verildiyi kimi, Qafqaz Universitetində islam moizəçisi Fəttula Güləninn tərəfdarları olduqları ehtimal olunan Türkiyə vətəndaşı olan 50 müəllim vəzifələrindən kənarlaşdırılıb.
Vəzifədən kənarlaşdırılma halları iyulun 20-də Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumatdan sonra başladı.
Həmin gün SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat verib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. **
F.İsazadə