ABŞ-ın İndiana ştatında baş verən qasırğa nəticəsində ən azı 15 mülk və 30 avtomobilə ziyan dəyib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bundan başqa, 32 min nəfər işıqsız qalıb.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
ABŞ-ın Meteorologiya Xidməti regionda daşqınların baş vermə təhlükəsinin yüksək olması barədə xəbərdar edib.*