Modelyer və Modalar Evinin təsisçisi Sonya Rikel 86 yaşında vəfat edib. Bu barədə cümə axşamı Frans-24 kanalı onun qohumlarına istinadən məlumat verib.
Sonya Rikel ilk butikini 1986-cı ildə Parisdə açıb. “Sonia Rykiel” adlı Modalar Evində qadın geyimindən başqa müxtəlif aksessuarlar, parfümeriya, uşaq geyimi də buraxılır.
S.Rikel 1930-cu ildə Parisdə Rusiyadan olan mühacir ailəsində anadan olub. **