1 iyul 2016-cı ilə “AGBank”ın Azərbaycan Mərkəzi Bank qarşısında öhdəlikləri 45 mln. manat dəyərində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “AGBank”dan məlumat verilib.
“Birinci rübün sonuna bankın AMB qarşısında öhdəlikləri 21 mln. manat təşkil edirdi. 20 iyun 2016-cı ilə onların həcmi 45 mln. manata çatıb”, - deyə bankdan qeyd ediblər.
Bunula yanaşı, bu vəsiatin hansı məqsədlə cəlb olunduğunu bank dəqiqləşdirmir.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarlarının ümumi sayı 85 təşkil edir. Bununla belə, 84 minoritar səhmdarın kapitalda payı 68,32% təşkil edir. **
N.Abbasova