Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 29-da növbəti depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank avqustun 29-da keçirəcəyi onuncu depozit hərracında 28 gün müddətinə 50 mln. manat vəsait cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 4,01%-9,49% təşkil edir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-avqust aylarında keçirilmiş 9 hərracda bank 1 ay müddətinə 416 mln. manat cəlb edib.*
N.Abbasova