Türkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı naməlum şəxslər tərəfindən atəşə tutulub. Bu barədə CNN Türk kanalı məlumat verib.
“Ardanuç şəhəri yaxınlığında naməlum şəxslər CHP sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanını atəşə tutublar. K.Kılıçdaroğlunun mühafizəçiləri cavab atəşi açıblar. Nəticədə atışma olub”, - deyə telekanal bildirib.
Məlumata görə, bir nəfər yüngül yaralanıb. K.Kılıçdaroğlu xəsarət almayıb.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. **
F.İsazadə