Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə,avqustun 26-da keçiriləcək mərasimə prezidentRəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və digər hökumət üzvləri qatılacaq.
Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri gözlənilir.
IX Osmanlı padşahı Yavuz Sultan Səlimin adını daşıyan körpü eni 59 metr,uzunluğu 1408 metr olmaqla,dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü olacaq. Avropa ilə Asiya qitəsini birləşdirəcək bu körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla, 8 hərəkət zolağı və 2 dəmiryol xətti salınıb. Körpüdən keçən hər avtomobil 3, iri yük maşınları isə15 dollarödəyəcək.*
R.Babayev