cPrezident İlham Əliyev Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin başa çatdırılmasına 6,2 mln. manat ayrılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu məbləğ “Azəravtoyol” ASC-yə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən ayrılacaq.
Avtomobil yolu iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir.
Müvafiq sərəncam avqustun 25-də imzalanıb.*
F.İsazadə