Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır. Bu barədə Rus Pravoslav Kilsənin Azərbaycanın Rusiyadakı səfirliyinə ünvanladığı məktubda deyilir.
Azərbaycanın Rusiyadakı səfirliyi Parlamentlərarası Pravoslav Assambleyasının illik XXIII konfransının yekun bəyannaməsi ilə əlaqədar RPK-yə müraciət ünvanlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik missiyadan məlumat verilib.
“Qarabağ münaqişəsi dini zəmində deyil və siyasi xarakter daşıyır, millətlərarası ədavətin qızışdırılması isə Xristianlıq və İslma nöqteyi-nəzərindən günah hesab edilrir”, - deyə məktubda deyilir.
Qeyd olunur ki, RPK qanun çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasının tərəfdarıdır.
“RPK dəyişməz olaraq və ardıcıl surətdə Qarabağ münaqişəsinin nizamlanması və qanun çərçivəsində möpvcud fikir ayrılıqlarının qarşılıqlı qəbul edilən həlli yollarının axtarılmasının tərəfdarıdır”, - deyə məktubda vurğulanır.
Bundan başqa, RPK bildirir ki, 1993-cü ildən etibarən Moskva və bütün Rusiya patriarxının vastəçi qismində iştirakı ilə Azərbaycan və Ermənistanın dini liderlərin bir sıra görüşləri keçirilib. Həmin görüşlərdə iştirakçılar dəfələrlə öz mövqelərini bildiriblər.
.
“Moskva Patriarxlığı bu gün də münaqişənin sülh yolu ilə və ədalətli həlli üşün səy göstərərək, həmin mövqelərdən çıxış edir. Azərbaycan tərəfinin narahatlığı Parlamentlərarası Pravoslavlıq Assambleyasının diqqətinə çatdırılacaq”, - deyə məktubda deyilir. **
F.İsazadə