İsrail Azərbaycanın regionları iolə əməkdaşlığın genmişləndirilməsində maraqlıdır. Bu barədə İsrailin Azərbaycandakı səfirliyindən məlumat verilir.
Azərbaycanın şimal-qərb rayonlarının icra başçıları İsrailin Bakıdakı səfiri Dav Stav ilə iki ölkənin regionları arasında əməkdaşlığın artırılması imkanlarını müzakirə ediblər.
“Səfir Balakən, Qax, Zaqatala və Şəki rayonlarına ikigünlük səfər edib. Həmin rayonların icra başçıları ilə görüşdə İsrail ilə kənd təsərrafütı, səhiyyə, turizm sahələrində əməkdaşlığın artırılması imkanları, həmçinin iki ölkənin xalqları arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub”, - deyə məlumatda deyilir.
Görüşlər zamanı səfir İsrail şirkətlərini və investorları Azərbaycanın regionlarında birgə istehsal və biznes əməkdaşlıq haqqında məlumatlandırmaq niyyətində olduğunu bəyan edib.
“İsrail Azərbaycan üçün öz iqtisadiyyatının şaxələndirilməsi və xarici investisiyaların cəlb olunmasının əhəmiyyətini tam anlayır”, - deyə səfir qeyd edib.
Səfər çərçivəsindəö D.Stav ipək, meyvə, quru meyvələr, tütün, çay, meyvə şirələri, heyvandarlıq, arıçılıq, balıq istehsalı üzrə müəssisələrdə olub.
Diplomat həmçinin Şəkinin Kiş kəndində alban kilsəsi və Balakəndə mərkəzi məscidi ziyatər edib. **
F.İsazadə