Azərbaycanın şərab istehsal edən şirkətləri Şərabçılar Assosiasiyası yaradır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Müvafiq qərar avqustun 24-də AZPROMO rəhbərliyinin şərab istehsalı və satışı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri ilə görüşünün yekunları üzrə qəbul olunub”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan istehsalı olan şərabın ixracının təşviqi üçün görülən işlər, eləcə də şərab istehsalı və satışı ilə məşğul olan şirkətlərin bu sahədə təklifləri müzakirə olunub.*
N.Abbasova