Azərbaycan Ümumdünya Ticarət Təşkilatından (ÜTT) kənd təsərrüfatı sektorunun inkişafı üçün $2 mlrd. istəyib. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bəyan edib.
“Ümumdünya Ticarət Təşkilatından ölkədə kənd təsərrüfatına dəstək məqsədilə $1 mlrd. ayrılmasını istədik. Bundan başqa, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün daha 1 mlrd. avro ayrılmasını təklif etdik”, - deyə M.Məmmədquliyev bildirib.
Nazir müavini dəqiqləşdirib ki, cari ilin iyul ayında İsveçrənin Cenevrə şəhərində ölkənin ÜTT-yə daxil olması üzrə aparılan danışıqların növbəti mərhələsi zamçanı müvafiq sorğu ilə müraciət olunub. **
F.İsazadə