Keniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu barədə Keniya xarici işlər və beynəlxalq ticarət üzrə naziri Əminə Məhəmməd bəyan edib.
“Ə.Məhəmməd ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayevlə görüşündən sitat gətirir.
Öz növbəsində, E.Abdullayev Azərbaycanın regionun lider dövləti olduğunu, regionda irimiqyaslı layihələrin həyata keçirilməsində məhz ölkəmizin aparıcı rol oynadığını bildirib.
Tərəflər müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. **
F.İsazadə