Maliyyə Nazirliyi avqustun 30-da 10 mln. manat məbləğində dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
“Hərraca 10 mln. manatlıq DQİ çıxarılacaq, istiqrazların tədavül müddəti 91 gün təşkil edəcək”, - deyə məlumatda bildirilir.
İstiqrazların ödəniş tarixi 29 noyabr 2016-cı ildir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “PAŞA Kapital” çıxış edəcək.
Maliyyə Nazirliyi 2016-cı ildə 800 mln. manat və $500 mln. məbləğində dövlət qısamüddətli və ortamüddətli istiqrazları yerləşdirməyi planlaşdırır.**
N.Abbasova