Respunlikanın ali məktəblərinə qəbul planı 83,31% dolub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında deyilir.
2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41,736 min yer ayrılıb. Müsabiqədə iştirak edən abituriyentlərdən 34,771 min nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
12,315 min nəfər dövlət sifarişi əsasında, 22,456 min nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. **
R.Babayev