Xarici işlər naziriElmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
Səfər çərçivəsində E.Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşləri nəzərdə tutulur.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunacaq.*
R.Babayev