Biləsuvar Gömrük İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşının daxili orqanında 150 qrama yaxın heroin açkar ediblər. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat verib.
O, İran İslam Respublikasından Azərbaycana piyada gəlib və saxlanılıb.
Şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram heroin aşkar olunub. **
R.Babayev