SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ)cari ilin sentyabr ayında Malayziyanın Petronas şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda dəniz strukturların birində tədqiqatın aparılmasına dair saziş imzalamağı planlaşdırır. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi jurnalistlərə məlumat verib.
“Söhbət Abşeronun şimalında yerləşən və “Qoşadaş” strukturu və ona yaxın əraziləri əhatə edən sahədə tədqiqatlardan gedir. Əgər çatdırsaq, sentyabr ayı ərzində Petronas ilə müqavilə imzalanacaq”, - deyə o qeyd edib.
X.Yusifzadənin sözlərinə görə, müqavilə çərçivəsində Petronas öz hesabına qeyd olunan sahədə seysmik çəkiliş də daxil olmaqla, tədqiqatların tam kompleksini həyata keçirməli olacaq.
“Əgər tədqiqatların nəticələri uğurlu olarsa, bu şirkətlə işlənməyə dair müqavilənin imzalanması üçün danışıaqlara başlanıla bilər”, - deyə o vurğulayıb.
Hazırda Malyaziyanın Petronas şirkəti Azərbaycanda “Şahdəniz” yatağınn işlənməsi layihəsinin iştirakçısıdır. Bu layihədə iştirak payı 15,5% təşkil edir.
Xəbər verildiyi kimi, “Qoşadaş” strukturu Abşeron arxipelaqının şimal-qərb hissəsində, sahildən 15 km, Bakı şəhərindən 35-40 km məsafədə yerləşir. Burada dənizin dərinliyi 10-50 metr arasında dəyişir. **
N.Abbasova