İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günləri 145 cinayət faktı qeydə alınıb, onların 49-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 76 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.*
R.Babayev