Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə birgə məktəblilər üçün dini biliklərin yer aldığı dərsliyin üzərində işləyir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
“DQİDK və Təhsil Nazirliyi “Həyat nəzəriyyəsi” adlı dərsliyin üzərində çalışır. Uşaqlar məktəb partası arxasında din barədə biliklər əldə etməlidirlər”, - deyə G.İsmayılov “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, üzərində çalışdıqları dərslik teologiya üzrə kitab deyil və düzgün dini biliklərlə tanışlıq üçün nəzərdə tutulur. **
F.İsazadə