Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istoiamətində müsbət irəliləyişlər Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılması halında mümkündür. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
XİN-in mətbuat xidməti məlumat verir ki, gürcüstanlı həmkarı Mixeil Janelidze ilə görüşdə E.Məmmədyarov vurğulayıb ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək.
“Azərbaycan qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır”, - deyə nazir bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə gürcüstanlı həmkarına məlumat verdi. **
R.Babayev