Kürdlər Fərat çayının şərqinə çəkilənə qədər Türkiyə ordusu zərbə endirməkdə davam edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
"İlk növbədə, Suriyanın xalq özünümüdafiə dəstələri Fərat çayının şərqinə doğru çəkilməlidir. Onlar bunu etməyənədək Türkiyə Silahlı Qüvvələri üçün hədəf olaraq qalacaqlar. Onlar sakinləri öz evlərini tərk etməyə məcbur edir və etnik təmizləmə həyata keçirirlər”, - deyə M.Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.*