“Silk Way Airlines” şirkəti yeni “Boeing 747-8F” təyyarəsi alıb. Bu barədə “Silk Way Airlines” şirkətinin məlumatında deyilir.
“Bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək”, - deyəö məlumatda vurğulanır.
Məlumatda bildirilir ki, Bakı, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.
Xəbər verildiyi kimi, “Silk Way Cargo” şirkəti (“Silk Way Airlines” şirkətinin törəmə strukturu - İF-AZ) 2014-cü il dekabrın 24-də “Boeing” şirkəti ilə 2015-2016-cı illərdə 3 ədəd “Boeing 747-8 Freighter» tipli təyyarənin alınmasına dair müqavilə bağlayıb.
Mənzil qərargahı Bakıda yerləşən “Silk Way Airlines” şirkəti 50-dən çox istiqamətdə müntəzəm və çarter reysləri həyata keçirir.**
N.Abbasova